“Vilnüsdə keçirilən NATO sammitinin əsas mesajı Ukraynaya yardımın artırılmasıdır”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq France 24 telekanalının efirində bildirib.

“NATO sammitinin mesajı ondan ibarətdir ki, biz Ukraynaya kömək etməyə və dəstəyimizi artırmağa davam edəcəyik. Alyansdakı müttəfiqlər Kiyevi silah, texniki xidmət və daha lazım olan hər şeylə təmin edəcək”.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Ukrayna Vilnüs sammitində NATO-ya dəvət almayacaq, lakin “alyansın qapıları hər zaman olacaq” deyə açıqlamasında bildirmişdi.

O, həmçinin bildirib ki, NATO Ukraynaya çoxillik hərbi yardım proqramı qəbul edəcək və bu proqram Rusiya ilə münaqişənin gedişindən asılı olmadan həyata keçiriləcək.