Dünya Müsəlman Alimləri Birliyi Rusiyanın paytaxtı Moskvada törədilən terror aktını pisləyib və hücumun İslam dini ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Karadaği sosial media hesabından verdiyi açıqlamada Moskvadakı hücumu şiddətlə qınadıqlarını bildirib.

"Bu terror aktının İslamla heç bir əlaqəsi yoxdur. İslamı təmsil etdiklərini iddia etsələr də, İslamdan çox regional və beynəlxalq kəşfiyyat casuslarını təmsil edirlər", - deyə o qeyd edib.

 

Gözəl Həşimova