Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib.

Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, S.Əvəzoğlu koronavirusdan dünyasını dəyişib. 

Qeyd edək ki, Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb.