Azərbaycanda müəllimlərə tibbi maska və üz sipəri paylanılıb.

Bu barədə “Report”a müəllimlər məlumat verib.

Onlar bildirib ki, paylanılan tibbi maska və üz sipərlərinin dərs prosesində daimi istifadəsi tapşırılıb:

Qeyd edək ki, bir neçə gün öncə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev müəllimlərin dərsdən əvvəl üz siprəri ilə təmin ediləcəkləri barədə açıqlama vermişdi.