Şabran rayonunun Şahnəzərli kənd orta məktəbində dörd sinif COVID-19 infeksiyasına görə distant təhsilə keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb məktəbin dörd müəlliminin koronavirusa yoluxmasıdır.

Həmin müəlllimlərin daxil olduğu siniflərdə (2-si ibtidaidir) tədris 14 gün ərzində distant formada davam etdiriləcək.