Sentyabrın 15-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakının erməni-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü ilə əlaqədar "Türk Şəhidliyi" abidəsini ziyarət edib.

Bu barədə İqtisadiyyat.az-a nazirlikdən məlumat verilib.

Abidə qarşısına Müdafiə Nazirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.