Mərkəzi Seçki Komissiyası (MSK) xidməti avtomobillər üçün yanacağı “Lukoil” şirkətindən alacaq.
Bu barədə İqtisadiyyat.az MSK-dan məlumat əldə edib.
Qeyd edilib ki, yanacaq alınması ilə bağlı "Lukoil-Azərbaycan"la razılıq əldə olunub.
Razılığa əsasən, Komissiya ilə şirkət arasında 18 400 manatlıq müavilə bağlanıb.
***
MSK həmçinin "Azpetrol" şirkətindən də 21 600 manatlıq yanacaq alacaq.