Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.

Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

- İlham Əliyev – 92,05 faiz (4 281 625 səs);

- Zahid Oruc - 2,19 faiz;

- Fazil Mustafa - 2 faiz;

- Qüdrət Həsənquliyev - 1,76 faiz;

- Razi Nurullayev - 0,8 faiz;

- Elşad Musayev - 0,67 faiz;

- Fuad Əliyev - 0,53 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,05%-ni toplayaraq qalib gəlib

***

23:20

07.02.2024

Bu gün Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə açıqlayıb.

MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.