Moskva meri Sergey Sobyanin iki silahlı dron (PUA) ilə Moskvaya hücum cəhdinin qarşısının alındığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moskva merinin yazılı açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, hər iki pilotsuz təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. PUA-lardan biri Minsk şosesində, digəri isə Domodedovo bölgəsində məhv edilib.

Bildirilib ki, pilotsuz təyyarənin hissələrinin düşməsi nəticəsində xəsarət alan olmayıb, səlahiyyətlilər isə hadisə yerində araşdırma aparırlar.

 

Gözəl Həşimova