Moskvadan Səmərqəndə uçan Rusiya təyyarəsi istiqamətini dəyişərək Özbəkistanın başqa bir şəhərində - Daşkənddə enməyə məcbur olub . Bu barədə Daşkənd hava limanının nümayəndəsi məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, uçuş-enmə zolağına güclü qar yağdığından təyyarə təyinat hava limanına enə bilməyib. Bu səbəbdən layner Özbəkistanın paytaxtına yönləndirilib.