Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da törədilən terror aktında şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxacaq.

İqtisadiyyat.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, baş vermiş terror aktı ilə bağlı işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatı araşdırır.