Moskvada mənzil satışı kəskin azalıb. Bazar iştirakçıları bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə mənzillərə tələbat üçdə birdən çox azalıb.

Mənbə bildirir ki, dünyadakı vəziyyətə görə mənzil bazarı zərərdədir. Çünki burada güzəştli ipoteka üçün proqramlar işləmir. Yalnız məhdud sayda endirimli subsidiya proqramları var.

Metriumun idarəedici partnyoru Nadejda Korkka bildirib ki, bu ilin əvvəlindən paytaxtda mənzil satışı 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 38 faiz azalıb, əməliyyatların sayı isə 3,6 min (mənfi) təşkil edib. Bununla yanaşı, rieltorlar deyir ki, qiymətləri 15 faiz endirilsə də satış yenə problemlidir.