Rusiyanın Moskva vilayətində və Moskva şəhərində yerli vaxt ilə saat 10:00-dan etibarən antiterror rejimi ləğv olunub.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, antiterror rejiminin ləğv olunması ilə bağlı qərara uyğun olaraq hazırda bütün məhdudiyyətlər aradan qaldırılır. Bildirilib ki, hazırda Moskva vilayətinin ərazisində vəziyyət sabitdir.