Moskvanın Basmannı məhkəməsi Ukraynanın Dnepropetrovsk şəhərinin meri Boris Filatovu qiyabi həbs edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Filatovu axtarışa verib. Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin məlumatına görə, ötən ilin aprelində ona qarşı Cinayət Məcəlləsinin 357-ci (soyqırımına çağırış) maddəsi cinayət işi açılıb. 

O, sosial şəbəkələrdə "rus xalqını öldürmək" çağırışlarına görə ittiham edilir.