Birləşmiş Aviasiya Korporasiyasının (UAC) səhmlərinin dəyəri Moskva birjasında ticarətin gedişində rekord həddə çatıb. 

İqtisadiyyat.az bu barədə kommersant-a istinadən xəbər verir. Səhər saatlarında  səhmlər 37,37% artaraq 1,1395 rubl təşkil edib. 

UAC səhmlərinin dəyərinin artması bu gün Moskva Birjası Birləşmiş Təyyarə Korporasiyasının səhmləri üçün diskret hərrac elan etdikdən sonra baş verib. Moskva birjasının saat 12:45-ə olan məlumatına görə, UAC səhmləri 26,58% artaraq 1,0600 rubla çatıb. 

“PJSC United Aircraft Corporation”nın strukturuna daxil olan müəssisələr, xüsusən Su, MiG, Il, Superjet və MS-21 kimi markalar olan təyyarələr istehsal edir.