Türkiyədə siyasət faizi qalxa bilər.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə "Morgan Stanley" iqtisadçılarının açıqladığı hesabatda məlumat verilib. 

Məlumata görə, Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini avqust ayında 150, sentyabrda isə 100 bənd artaraq siyasət faizini 20 faizə qaldıra bilər.

Bankın hesabatında bildirilir ki, ümumilikdə banklar  faiz artımının bazar dinamikasına xələl gətirmədən, ifrat artım yaratmadan mərhələli şəkildə davam etməsini istəyirlər. 

Gülşən Şərif

İqtisadiyyat.az