Moldovanın yeni xarici işlər naziri Mixay Popşoy Rusiyanın ölkəyə girişi qadağan edilən şəxslərin siyahısına daxil edilib.

Bu barədə İqtisadiyyat.az "NewsMaker"ə istinadən xəbər verir.

Popşoy özü bu fakta münasibət bildirib: "Mən Fəaliyyət və Həmrəylik partiyasında deputat olanda da bu siyahıda olmuşam. Rusiyanın bu siyahısını kim tərtib edib bilmirəm, lakin Rusiya Xarici İşlər Nazirliyi və ya təhlükəsizlik xidməti bunda müəyyən rol oynaya bilər".

 

Gözəl Həşimova