Avropada qaz anbarları dolu olduğundan Moldova Ukraynada qaz saxlayır.  

İqtisadiyyat.az xəbər verir ki bunu Moldovanın baş naziri Natalya Qavrilitsa deyib: 

“Moldova suveren dövlətdir aldığımız qaz qərar verdiyimiz yerdə saxlanıla bilər. Ölkəmizdə təbii qaz anbarı yoxdur”. 

Qavrilitsa Ukraynada saxlanılan yanacağın həcmini məlumatların ölkədə məxfiləşdirildiyi üçün açıqlamayıb.