“Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqədədir”.

İqtisadiyyat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda silahların, döyüş sursatlarının qəbul edilməsi prosesi həyata keçirilir: “Artıq kifayət qədər silah, döyüş texnikası təcrid edilib”.