Misirin xarici işlər naziri Samih Şükri və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması yollarını müzakirə ediblər.

İqtisadiyyat.az iran mediasına istinadən bildirir ki, iki nazir Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının iclasları çərçivəsində görüşüb.

Görüş çərçivəsində ikitərəfli münasibətlərin qarşılıqlı qonşuluq, əməkdaşlıq və münasibətlərə qarışmamaq prinsipləri əsasında hər iki xalqın maraqlarını təmin edəcək şəkildə inkişaf etdirilməsi yolları müzakirə olunub. Eyni zamanda görüşdə regional və beynəlxalq səviyyədə dialoqun davam etdirilməsi üçün əlaqələrin inkişafının vacibliyi də vurğulanıb. 

Qeyd olunub ki, görüş iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımı təmsil edir.

Gülşın Şərif