Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsinə cavab olaraq Moskvanın atacağı addımlardan qorxmur və onların ələ keçirilməsi üçün fəaliyyətini davam etdirəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

"Bizi Rusiya qorxutmur və buna görə də biz Ukraynaya kömək etmək üçün işləməkdə davam edirik. Rusiya aktivlərindən əldə edilən gəlir Ukrayna üçün istifadə olunacaq, çünki o, qurbandır", - deyə o, jurnalistlərin Brüsselin Moskvadan qorxması ilə bağlı sualını cavablandırıb.