Fələstinin müstəqil dövlət kimi tanınması qərarı Avropa İttifaqına (Aİ) üzv ölkələrin səlahiyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

O, bəzi Aİ ölkələrinin Qəzzada vəziyyəti yaxşılaşdırmaq üçün Fələstini tanımaq təşəbbüsü ilə bağlı jurnalistlərin sualını cavablandırarkən qeyd edib: "Fələstini tanıyıb-tanımamaq qərarını üzv ölkələrin öz ixtiyarındadır".

Mişelin sözlərinə görə, Aİ liderləri Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini müzakirə ediblər: "Bizim ideyamız elə bir proses başlamaqdır ki, hər iki tərəfin addımlarını nəzərdən keçirmək mümkün olsun. Bu, faydalı proses ola bilər. Biz iki dövlət əsasında həll yolunu müzakirə etmişik".