ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefonla danışıb.

İqtisadiyyat.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

Donfrid ABŞ-nin Cənubi Qafqazda sülh prosesinə yardım etməyə hazır olduğunu deyib.

Danışıq zamanı sərhədlərin demarkasiyası, regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması müzakirə edilib.