İyunun 4-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Miroyan Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətinin Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə icraçı direktoru Mixail Siberti qəbul edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. 

Həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının hərtərəfli və iddialı gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, yeni tərəfdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb: "Biz tam ümid edirik ki, bu yeni gündəliyə tərəfdaşlığın inkişafının dinamikası və məqsədlərinə, habelə Ermənistanda demokratik islahatların istiqamətinə uyğun bütün əsas komponentlər və alətlər daxil olacaq".

Ararat Mirzoyan və Mixail Sibert digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistandakı monitorinq missiyasına, Ermənistanın "müqavimət"inin gücləndirilməsi istiqamətində atılan addımlara, iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunublar. Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.

Ermənistanın xarici işlər naziri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki son hadisələri, o cümlədən sülh müqaviləsi layihəsi üzrə müzakirələri təqdim edib. Ararat Mirzoyan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesində davamlılığın əhəmiyyəti vurğulayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, davamlı sülhə nail olmaq üçün mövcud real imkanlardan istifadə etmək lazımdır.