Mingəçevirdə qeydə alınan zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur.
Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
*** 20:07
Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumata görə, yeraltı təkanlar Gəncə və Yevlaxda hiss edilib.
Yaxın dəqiqələrdə ətraflı məlumat veriləcək.
*** 20:03
Azərbaycanda zəlzələ olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Zəlzələ ölkənin Qərb rayonlarında hiss edilib.
Ətraflı məlumat veriləcək.