Məlum olduğu kimi, hazırda dünyanın əsas müzakirə mövzusu ötən ilin dekabr ayında Çinin Uhan şəhərində meydana çıxan və sürətlə dünyaya yayılan koronavirusla bağlıdır.
Yeniavaz.com xəbər verir ki, bugünə olan sonuncu məlumata görə, 2788-i Çində olmaqla, dünyada 2859 nəfər koronavirusdan dünyasını dəyişib. 83726 nəfərdə koronavirus aşkarlanıb ki, bunların da 8 mindən çoxunun vəziyyəti kritik hesab olunur.
Dünyada qeydə alınan sonuncu epidemiya kimi koronovirus bundan əvvəlki SARS epidemiyasından daha çox insanın ölümünə səbəb oldu. Kəskin tənəffüs çatışmazlığı sindiromu olan SARS 2002-ci ilin noyabrında Honk Konqdan başlayaraq 2003-cü ilin iyulunadək bütün dünyada 8422 nəfərə yoluxub 916 nəfərin ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı SARS epidemiyasında ölüm nisbətini 10.9% olaraq açıqlayıb.
Müasir dövrümüzün qorxulu epidemiyalarından biri də ilk dəfə 1976-cı ildə Sudanda ortaya çıxan Ebola virusudur. Ebola virusu sonuncu dəfə 2007-ci ildə Konqoda 187 nəfərin, 2012-ci ildə Uqanda və Konqoda 57 nəfərin həyatına son verib. Ümumdünya Səhiyyə Təşkilatı bu virusun beş müxtəlif tipinin olduğunu və ona yoluxanların həyatda qalma şansının 25%-dən 90%-dək dəyişdiyini açıqlayıb.
Tarixi nisbətən yeni olan təhlükəli epidemiyalardan biri də “Quş qripi” və ya “Toyuq vəbası” adlandırılan virus, həmçinin “Donuz qripi” adlandırılan virüs növlərilə bağlı olub. Ötən əsrdə ortaya çıxan bu viruslar alt tiplərinə görə beş qrip pandemiyası var. 1918-1919-cu illərdə H1N1 pandemiyasının 40-50 milyon insanın ölümünə səbəb olduğu təxmin edilir. Daha sonra, 1957-1958-ci illərdə (H2N2), 1968-1969-cu illərdə (H3N2) və 1977-1978-ci illərdə (H1N1) pandemiyaları yayılıb. Hal-hazırda H3N1 və H1N1 virusları bütün dünyada yayılıb. H5N1 virusu ilk dəfə 1983-cü ildə Amerikada görülüb. “Donuz qripi” dediyimiz A/H1N1 virusu sonuncu dəfə 2009-cu ildə Meksikadan başlayaraq 191 ölkədə 800 000 insana yoluxub və 8 238 nəfərin həyatına son qoyub.
Qeyd edək ki, dəhşətli epidemiyalar yalnız 20-ci əsrin bəlası deyil. Tarixin bütün dövrlərində dünyada minlərlə, milyonlarla insanın həyatına son qoyan epidemiyalar olub. Tarixdə bilinən və çoxsaylı insanın ölümünə səbəb olan epidemiyalardan biri “Afina vəba epidemiyası”dır. Qədim Yunanıstanda şəhər-dövlət olan Afinada eramızdan əvvəl 430-cu ildə baş verən bu epidemiya 426-cı ilə kimi davam edib. Epidemiya şəhər əhalisinin dörddə birinin (təxminən 30 min insanın) həyatına son qoyub. Epidemiyanın qurbanları arasında məşhur natiq və dövlət xadimi Perikl də olub.
Qədim dövrün qorxulu epidemiyalarından biri də eramızın 165-180-ci illər aralığında Roma imperiyasının ərazisində baş verən “Antonin vəbası” olub. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Epidemiya Roma imperatoru Mark Avreli ilə bərabər imperator Lusi Verinin də ölümünə də səbəb olub. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Kassius Dio öz yazılarında epidemiya zamanı Romada hər gün 2 000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25%-ə təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir.
Başqa bir epidemiya yenə də Ropma imperiyasında baş verib. 6-cı əsrdə baş verən birinci pandemiya tarixə “Yustinianın taunu” adı ilə daxil olub. Taun əvvəlcə Misirdə başlayıb, daha sonra Yaxın Şərq ölkələrinə yayılıb və Avropaya keçib. Bu pandemiya zamanı təxminən 100 min insan həytını itirib. 14-cü əsrdə baş verən “Böyük”, yaxud “Qara ölüm” adlı, 50 milyondan artıq insan təlafatına səbəb olmuş ikinci taun pandemiyası Çində başlayıb Hindistana, Afrikaya, Avropaya, hətta Rusiyaya yayılıb. Təkcə 1352-ci ildə Avropa əhalisinin 1/3 hissəsi - 25 milyon insan taundan məhv olub.
Taunun üçüncü pandemiyası 1894-cü ildə Honk konqda başlayıb və dəniz gəmilərindəki siçovullar vasitəsilə dünyanın 100-dən artıq limanında xəstəlik yayılıb. 12 milyondan artıq insan həyatını itirib.
Dünya tarixində öldürdüyü insanların sayına görə ilk sıralarda yer alan epidemiyalardan biri də vəbadır. Eramızdan əvvəl 5-ci əsrdə Hindistanda Qanq çayı deltasında yaşayan insanlar vəba haqqında yazıblar. Ötən 200 il ərzində 7 vəba pandemiyası baş verib. Ən sonuncusu İndoneziyada 1961-ci ildə başlayıb. Xəstəlik son zamanlarda 2010-cu ildə Haitidə baş verən zəlzələdən sonra kəskin şəkildə baş qaldırıb. 2010-cu ilin okytabrdan 2015-ci ilin avqustuna qədər 700 000-dən çox haitili vəbaya yoluxub və 9000-dən çoxu dünyasını dəyişib. Vəba 19-cu əsrdə yayılmağa başlayandan bəri 10 milyonlarla insanın həyatına son qoyub. Sadəcə Rusiyada 1847-1851-ci illər arasında 1 milyondan çox insan vəbadan dünyasını dəyişib. Xəstəlik 1827-1835-ci illər arasında davam edən ikinci pandemiya dövründə 150 000 amerikalının həyatına son qoyub. Hindistanda 1900-1920-ci illər arasında 8 milyondan çox insan vəbadan dünyasını dəyişib. Dünyada hələ də çoxlu sayda insan vəbaya yoluxur. 2010-cu ildən bəri aparılan hesablamalar göstərir ki, hər il 3 milyondan 5 milyona qədər insan vəbaya yoluxur və hər il 58 000 və 130 000 arası insan bu xəstəlikdən vəfat edir.
Bunlardan başqa 1914-1918-ci illər arasında “Typhus” bakteriyasını daşıyan bitlərin yaratdığı epidemiya 1-ci Dünya Müharibəsi qədər dəhşətli olub. “Yatalaq xəstəliyi” adlandırılan bu epidemiya zamanı Avropa və Asiyada 25 milyon insan xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü.
Xəbər lenti
NİİM sürücülərə müraciət edib
31 İyul,10:27
DİM: "Builki keçid ballarında dəyişiklik gözlənilir"
31 İyul,10:19
MSK sədri xaricdəki Azərbaycan vətəndaşlarına müraciət edib
31 İyul,10:17
Paris-2024: Günün proqramı
31 İyul,10:13
Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı
31 İyul,10:09
Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı icmaların yaradılması ilə bağlı tədbirlər keçiriləcək
31 İyul,10:08
390-a yaxın deputatlığa namizəd qeydə alınıb
31 İyul,10:07
Azərbaycan neftinin qiyməti 2 % azaldı
31 İyul,10:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
31 İyul,10:02
Dünyanın ən bahalı pivə brendləri – SİYAHI
31 İyul,10:00
Bakıda gəmi yanır - YENİLƏNİB
31 İyul,09:47
İsrail ölkənin şimalına uçuşları dayandırdı
31 İyul,09:44
“Karkas” şirkəti ötən ili zərərlə başa vurub, kiçilib
31 İyul,09:39
İranda HƏMAS liderinin öldürülməsindən sonra fövqəladə iclas keçirilir
31 İyul,09:31
Lirə manat qarşısında ucuzlaşdı
31 İyul,09:22
"Microsoft" xalis mənfəətini 10% artırıb
31 İyul,09:12
"Sumqayıt" Konfrans Liqasında cavab oyununa çıxır
31 İyul,09:10
Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərində qaz olmayacaq
31 İyul,08:56
Həmas liderinin öldürülməsi nəticəsində neft qiymətləri bahalaşdı
31 İyul,08:53
Bakıda hazırda bəzi yollarda sıxlıq müşahidə olunur
31 İyul,08:33
“HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb
31 İyul,07:40
Bu gündən MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlanır
31 İyul,07:17
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
31 İyul,06:59
Qəzzada hepatitə yoluxanların sayı 40 minə çatır
30 İyul,23:41
Bakıda taxta sexində yanğın olub - YENİLƏNİB - 2
30 İyul,23:25
Venesuelada iğtişaşlarda 749 nəfər saxlanılıb
30 İyul,23:12
Gəncədə çaydan meyit tapıldı
30 İyul,22:34
Bu ərazilərdə qaz olmayacaq
30 İyul,22:18
ÇL: "Qarabağ" növbəti mərhələyə yüksəldi
30 İyul,22:02
İsrail Beyruta raketlə hücum etdi
30 İyul,21:59
“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirildi
30 İyul,21:42
ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq etdi
30 İyul,21:23
Kənd qadınlarının hüquqları ilə bağlı tədbir keçirilib - FOTO
30 İyul,21:08
Sabirabadda yük maşını piyadanı vurdu
30 İyul,20:55
Böyükşorda günəş enerjisi qurğusu istismara verildi
30 İyul,20:33
Pakistanın Azərbaycandakı səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
30 İyul,20:14
Yayılması qanunla qadağan edilmiş informasiyanı ictimailəşdirən şəxs həbs edildi
30 İyul,19:58
SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək
30 İyul,19:51
Livandan İsrailə 10 raket atıldı
30 İyul,19:38
Baş Qərargah rəisi Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxladı
30 İyul,19:17
Çox oxunanlar
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
Cəmiyyətin boşanma problemi: ailələr niyə dağılır?
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub - SİYAHI
Biçilmiş taxıl sahələrini yandırmaq məhsuldarlığı artırır? - ARAŞDIRMA
Aksiz dərəcələri artırıldı: Azərbaycanda siqaret bahalaşacaq?
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
“Azercell” bu “zerkalnı” nömrələri fantastik qiymətə satışa çıxardı - MƏBLƏĞ - SİYAHI
“AzInTelekom” milyonluq tenderi “sevimli şirkət”inə verdi
Natiq Əmirova ağır itki üz verib
KL: "Sumqayıt" "Fehervar"a məğlub oldu
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
VK-nın Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu
Prezident Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz yaralanıb
Azərbaycanda ilk dəfə abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradılıb
Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib - FOTO
İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Vəkillər Kollegiyasının 3 üzvü IV “Yüksəliş" müsabiqəsinin qalibi olub
Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verdi
“Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsinə start verilib - FOTO
Ermənistana məxsus PUA Tovuzdakı mövqelərimiz üzərində kəşfiyyat uçuşuna cəhd göstərib
Polkovnik Həziyev həbs olundu
“Azercell” rouminq xidmətini bahalaşdırdı: bir meqabayt 6 manat oldu - SİYAHI
Azərbaycan xaricdən 248 milyon dollarlıq əczaçılıq məhsulları aldı
Müdafiə Nazirliyindən Ermənistanın təxribatı barədə BƏYANAT
ABŞ-nin maliyyə sanksiyaları dünya ölkələrinin üçdə birinə təsir edib
Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edilib
Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Bakının bu məşhur bazarı ilə bağlı qərar verildi
AQTA bu sahibkarlara xəbərdarlıq edib
Azərbaycanda bu taksi şirkəti bağlandı
SDU-nun təbliğat görüşlərinə start verilir
Anasını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Şəhid zabit Həmid Həmidlinin xatirəsi anılıb - FOTO
Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Ombudsman Aparatının mətbuat katibi vəzifəsindən azad olunub
Ceyhun Bayramov Polşa səfirini qəbul edib
Dünyada sudan ən çox istifadə edən regionlar - ARAŞDIRMA
Siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb
Naxçıvanda neçə bank fəaliyyət göstərir?