Qardaş ölkə Türkiyənin zəlzələdən əziyyət çəkən bölgələrinə Azərbaycandan yardımların göndərilməsi davam edir. Dövlət dəstəyi ilə təşkil edilən kampaniyalarda və eləcə də könüllü şəxslərin bu məsələdə aktivliyi yüksək səviyyədədir.

Daha bir yardım Gəncənin millət vəkili Musa Quliyevin təşəbbüsü və Gəncə İş Adamları (GİA) İctimai Birliyinin dəstəyi ilə Hatayın zəlzələdən əziyyət çəkən bölgələrinə çatdırılıb. Təşəbbüs çərçivəsində insanlar isti  geyimlər, bol qida məhsulları və digər tibbi, texniki ləvazimatlarla təmin olunublar.