Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Özbəkistana səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında bildirib.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan - Özbəkistan Hökumətlərarası Komissiyanın 13-cü iclası,  Azərbaycan - Özbəkistan Investisiya Şirkətinin Müşahidə Şurasının İclası keçiriləcək. 

Bundan başqa, Mikayıl Cabbarovun Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşü olacaq.