BP şirkətinin Azərbaycanda potensial layihələri və qlobal iqlim çağırışlarından irəli gələn dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazuri Mikayıl Cabbarov "X"də paylaşım edib.

"Həmkarlarla birlikdə BP şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşdük. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr və qlobal iqlim çağırışlarından irəli gələn dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.