Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin inşasına başlayır.

Bu barədə İqtisadiyyat.az Agentlikdən məlumat əldə edib.

Yeni çoxmənzilli yaşayış binaları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava limanı-Zığ şossesi 8-ci km, “10 H” ünvanında yerləşən 2,31 ha torpaq sahəsində inşa olunacaq.

Binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə başlanılır.