Təqvimində 30 sentyabr 2023-cü ildə bitən 3 aylıq dövrü 2024-cü maliyyə ilinin ilk rübü olaraq qəbul edən Microsoft, balans hesabatını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin gəlirləri bu dövrdə keçən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 56,5 milyard dollara çatıb. Microsoft 2022-ci ilin eyni dövründə 50,1 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti eyni dövrdə  27% artaraq 22,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 17,6 milyard dollar olub.

Microsoft-un keçən ilin iyul-sentyabr dövründə 2,35 dollar olaraq hesablanan səhm başına xalis mənfəəti bu il 2,99 dollar olaraq qeydə alınıb.