Bakı metrosunda borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.