Məşhur "Deluxe" hoteli "Bakventa" şirkətini məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

İşin mahiyyəti məlum olmasa da, hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Deluxe" hotelinin adı mətbuatda qalmaqallarda yadda qalıb. "Bakventa" isə bina və tikililər üçün mühəndis məsələlərinin peşəkarcasına yerinə yetirilməsi sahəsində aparıcı podratçıdır. Qurum hazırda kondisionerləşmə texnikası sahəsindəki məşhur brendlərin rəsmi təmsilçisidir.