Almaniya kansleri Angela Merkel koronavirusa görə üçüncü dəfə test verib. 

İqtisadiyyat.az-in məlumatına görə, bu dəfə də testlərin nəticələri neqativ çıxıb. 

"Kansler özünü rahat hiss edə bilər. Üçüncü test də koronavirusu təsdiqləmədi", - deyə Almaniya hökumətinin rəsmi nümayəndəsi bildirib. 

Qeyd edək ki, Angela Merkel martın 22-dən ev karantinindədir. O, koronaviusa yoluxmuş həkim tərəfindən peyvənd olunduğu üçün izolyasiya edilmişdi.