Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdən 100 mindən çox uşağın zərər çəkdiyi təxmin edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Məlumata görə, Mərakeşdə baş verən zəlzələdə yaralanan və ya ölən uşaqların dəqiq sayı hələlik məlum deyil. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə zəlzələdən 300 mindən çox insanın zərər çəkdiyini təxmin edir.

Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.

 

Gözəl Həşimova