Mərakeşdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 2 min 681-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərakeş Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 2 min 501 nəfər yaralanıb. 

Qeyd edək ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeşin Əl-Huz bölgəsində olub.

Qeyd edilib ki, zəlzələ paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub.