Mərakeşdə 17 aylıq körpə koronavirusdan ölüb.

Məlumatı “Haberturk” yayıb.

Bildirilib ki, körpə virusa anasından yoluxub. Ölməzdən əvvəl körpə və anası koronavirus testindən keçiblər.

Hazırda onun anası Mərakeşdə Vecde Universitetinin xəstəxanasında karantindədir.

Mərakeş Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə 450 nəfər virusa yoluxub, 26 nəfər isə bu infeksiyadan ölüb.