"Yoluxma sayları azaldığı halda ənənəvi təhsilə keçmək tərəfdarıyıq.

Bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

“Məktəblərin sonrakı fəaliyyəti ilə bağlı gələn həftələrdə dəqiq proqnoz vermək mümkün olacaq”,- nazir qeyd edib.