Lerik rayonunda qəzalı vəziyyətə düşən tam orta məktəb binası yenilənəcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət R.Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbindən gedir.

Məktəbin binasının təmir, əsaslı təmir və ya sökülüb yenidən inşa olunacağı barədə məlumat yoxdur.

Amma Elm və Təhsil Nazirliyi sözügedən inşaat işlərini "Parlaq-N" şirkətinə həvalə edib. Şirkət isə bu işləri 2.769.643,32 manat qarşılığında həyata keçirəcək.

Qeyd edək ki, sözügedən məktəb cəmi 132 şagird yerlik nəzərdə tutulub.