Meksikanın şimal-qərbində mikroavtobusun uçuruma aşıb.
Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.
Meksikanın Naukalpan şəhərində magistral yolda meydana gələn qəzada mikroavtobus 2 avtomobillə toqquşaraq uçuruma yuvarlanıb.
Qəzada 3 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.
Yaralılar ətrafdakı xəstəxanalarda müalicə olunarkən, hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən göndərilib.
Qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.