Meksikanın Sinaloa ştatında tur avtobusunun yük maşını ilə toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Qvadalaxara şəhərindən turistləri daşıyan avtobusun magistral yolda əks istiqamətdən gələn yük maşını ilə toqquşması nəticəsində 19 nəfər ölüb, 22 nəfər yaralanıb. 

Zərbənin təsirindən avtobusu alov bürüyüb. Ölənlərin sayının arta biləcəyi qeyd edilib.

Qəza ilə bağlı dövlət prokurorluğu araşdırmalara başlayıb.