Moldovanın ümumi xarici borcu ötən il 9,1% artaraq 10,465 milyard dollara çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Hesabat dövründə xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 2,8 faiz bəndi azalaraq 63,3% təşkil edib.
Dövlət borcunun xüsusi çəkisi isə 17,1% artaraq 3,820 milyard dollara çatıb. Həmin dövrdə özəl sektorun xarici öhdəlikləri 5% artaraq 6,645 milyard dollara çatıb.
Gözəl Həşimova