Moldovada oktyabr ayında illik inflyasiya 8,6%-dən 6,3%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb.

Buna baxmayaraq, ölkədə ərzaq məhsullarının qiymətləri 5,6% , qeyri-ərzaq mallarının qiymətləri 4,2% bahalaşıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Moldova Milli Bankı inflyasiyanın aşağı düşməsi üçün son iki ildə ilk dəfə olaraq baza dərəcəsini azaltmağa başlayıb. 

 

Gözəl Həşimova