Fransa çempionu PSJ-nin və Fransa millisinin 25 yaşlı hücumçusu Kilyan Mbappe İspaniyanın paytaxtı Madridin La Moralexa rayonunda şəxsi ev alıb.

Bu haqda İqtisadiyyat.az "La Razon"a istinadən xəbər verir.

Yaxınlıqda “Real Madrid”in keçmiş futbolçusu Serxio Ramos və amerikalı aktyor Riçard Gerenin şəxsi evləri yerləşir.

Mbappe mövsüm bitdikdən sonra PSJ-dən ayrılacağını açıqlayıb. Onun müqaviləsi iyunun 30-na kimi nəzərdə tutulub.

Mbappenin Real Madridlə müqaviləsinin rəsmi olaraq yalnız iyulun 1-də açıqlanacağı gözlənilir.