“Ölkəmizdə tətbiq olunan hər bir vaksin təhlükəsizdir”.

Bunu Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəziTeymur Musayev deyib. O bildirib ki, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları çox aşağıdır: "Yoluxanlar da xəstəliyin ağır mərhələsini keçirmirlər. May ayının 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış bütün vətəndaşlar vaksinasiyaya qatıla bilər.18 yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşlarını vaksinasiyaya qoşulmağa çağırıram”.