Twitter-in yeni sahibi Elon Musk Twitter-də tezliklə 1,5 milyard hesabın ad sahəsini boşaltmağa başlayacaqlarını açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, “Twitter tezliklə 1,5 milyard hesabın ad sahəsini boşaltmağa başlayacaq” deyən Musk, silinəcək adların illərdir daxil edilməyən və tvitlənməyən hesablar olduğunu əlavə edib.


Musk, Twitter-in istifadəçilərin real hesab statusunu göstərəcək bir proqram yeniləməsi üzərində çalışdığı məlumatını da paylaşaraq, “Beləliklə, şəxsi hesab məhdudiyyəti altında olub olmadığınızı, niyə və necə müraciət edəcəyinizi açıq şəkildə biləcəksiniz”.