Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski Yelisey sarayında ölkələr arasında ikitərəfli təhlükəsizlik sazişi imzalamaq niyyətindədirlər.

Bu barədə İqtisadiyyat.az AFP-yə istinadən xəbər verir.

Görüşün fevralın 16-da baş tutacağı gözlənilir. Məlumata görə, bu razılaşma ötən ilin iyulunda Vilnüsdə NATO-nun sammiti çərçivəsində "G7" çərçivəsində qəbul edilmiş öhdəliklərə uyğundur.

NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində qəbul edilən Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında Bəyannamə müdafiə sektorunda əməkdaşlığı nəzərdə tutur.  Ötən ay Böyük Britaniya Ukrayna ilə ikitərəfli əsasda müqavilə imzalayan ilk ölkə olub.

 

Gözəl Həşimova