Fransa prezidenti Emmanuel Makron Ukraynaya yüksək dağıdıcı gücə malik yeni uzaqmənzilli raketlər göndərəcəyini açıqlayıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, zirvə toplantısı üçün Litvanın paytaxtı Vilnüsdə olan Makron jurnalistlərə deyib ki, İsveçin NATO-ya daxil olması üçün dünən əldə olunan razılaşmanı dəstəkləyir.

Makron həmçinin Finlandiyanın NATO üzvü kimi masa arxasında olmasından məmnun olduğunu bildirib.

Qeyd edək ki, Fransanın Ukrayna-Rusiya müharibəsi başlayandan bəri NATO-nun şərq cinahında hərbi varlığını gücləndirdiyinə diqqət çəkən Makron, 1000 Fransız əsgərinin Rumıniyada, 300 Fransız əsgərinin isə Estoniyada olduğunu deyib.