"Ukraynada sülhü təkcə atəşkəslə bərqərar etmək olmaz, çünki bu, faktiki vəziyyəti möhkəmləndirəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Ukraynada dayanıqlı sülhə nail olmaq şərtdir: "Bu, Ukraynanın suverenliyinə və beynəlxalq hüquqa hörmət tələb edir. Bundan əlavə, Ukrayna müharibəsi başa çatdıqdan sonra Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək üçün yeni silah müqavilələri də bağlanmalıdır".

 

Gözəl Həşimova