Fransa prezidenti Emmanuel Makron Ukrayna müharibəsi ilə bağlı mövqeyini dəyişərək ölkənin müttəfiqinə çevrilib.

Bu barədə İqtisadiyyat.az "Politico"ya istinadən xəbər verir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi Fransua Eysburqun sözlərinə görə, Fransa lideri böhranın həlli üçün Kiyev və Moskva arasında vasitəçilik rolunu oynamaq ideyasına köklənib. Lakin Makron nəhayət başa düşüb ki, Putin danışıqlarda maraqlı deyil.

Bildirilib ki, Fransa Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı mövqeyindən əhəmiyyətli dərəcədə uzaqlaşıb. Buna görə də Fransa indi yeni müttəfiqlər axtarır.

 

Gözəl Həşimova